Avropanın top komandalarının reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 467 klubu yer alıb.
Azərbaycanın üç komandası da siyahıya daxil edilib. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ” 97-ci pillədə qərarlaşıb. 202 xala malik ağdamlılar ən yaxın izləyiciləri “Partizan” (Serbiya), “Kristal Pelas” (İngiltərə) və “Rapid”i (Avstriya) qabaqlayır.
34 xala malik olan “Qəbələ” qitədə 252-cidir. Premyer Liqanın lideri “Neftçi” 329-cudur. Bakılıların aktivində 14 xalı var.
Qeyd edək ki, cədvələ “Barselona” başçılıq edir. İspaniya nəhənginin 2334 xal var.