22:13 01-03-2021
news_image
161
FUTBOL

Məhəmmədəliyev hamıdan öndə - Albino ona şərikdir

Azərbaycan Premyer Liqasında cari mövsüm ən çox quru oyun keçirən qapıçılar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 7 qolkiper ən azı dörd görüşdə qapısını toxunulmaz saxlayıb.

Siyahıya Şahruddin Məhəmmədəliyevlə Mateus Albino başçılıq edir. Onlar hərəyə 7 quru oyun keçirib. “Qarabağ”ın qapıçısı daha az matçda iştirak etdiyi üçün öndə qərarlaşıb.

1. Şahruddin Məhəmmədəliyev (“Qarabağ”) – 7 (11 oyun)
2. Mateus Albino (“Zirə”) – 7 (15)
3. Aqil Məmmədov (“Neftçi”) – 6 (17)
4. Anar Nəzirov (“Qəbələ”) – 5 (16)
5. Mehdi Cənnətov (“Sumqayıt”) – 4 (7)
6. Nikolas Hagen (“Səbail”) – 4 (15)
7. Stanislav Namaşko (“Keşlə”) – 4 (16)