17:10 01-03-2021
news_image
149
FUTBOL

Xosep Bartomeunun saxlanılmasın şərh etdi - Joan Laporta

“Bartomeunun həbsi “Barselona” üçün pis xəbərdir”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Joan Laporta deyib.

O, digər sabiq prezident Xosep Bartomeunun polis tərəfindən saxlanılmasına münasibət bildirib: “Axı o, klub prezidenti olub. Gəlin rəsmi informasiyanı gözləyək və günahsızlıq prezumpsiyası prinsipinə əməl edək”.

Qeyd edək ki, Bartomeu, həmçinin icraçı direktor Oskar Qrau və hüquq şöbəsinin rəhbəri Roman Qomes Ponti həbs olunub.