17:49 01-03-2021
news_image
315
FUTBOL

Avropada qapısı “bağlı olanlar” – liderlə Şahrudin eyni göstəricidə

Futbolda qol vurmaq qədər buna mane ola bilmək də bir o qədər önəmlidir.

Apasport.az saytının məlumatına görə, qapıçılar qurtarışları ilə komandalarının xallar qazanmasında böyük rol oynayırlar.

Qapısını bir görüşdə toxunulmaz saxlamaq isə komandasına minimum 1 xalı təmin etdirmək deməkdir.

Qol buraxmadığı oyun sayında orta hesabla ən yüksək göstəriciyə malik qapıçılarla bağlı araşdırma aparılıb. Bu araşdırma əsasən Avropanın qabaqcıl ölkə çempionatlarına şamil edilib.

Maraqlıdır ki, bu baxımdan zirvədə qərarlaşan “Mançester Siti”nin qapıçısı Ederson Moraeş “Qarabağ”ın qolkiperi Şahrudin Məhəmmədəliyevlə bərabər göstəricilərə sahibdir. Düzdür, millimizin qolkiperi az oyunda iştirak edib. Məhəmmədəliyev cari mövsüm meydana çıxdığı 11 oyunun 7-də qapısını toxunulmaz saxlayıb. O, Premyer Liqada keçirdiyi görüşlərin 0,63-də bunu bacarıb. Yığmamızın üzvü çempionatda 7 dəfə mərkəzə dəvət edilib.

“Böyük beşlik” ölkələri və digər reytinqli çempionatlardakı araşdırmalara əsasən, sıralama aşağıdakı kimidir:

1. Ederson Moraeş
Klubu: “Mançester Siti”
Oyun: 24
Buraxılan qol: 14
Qol buraxmadığı oyun sayı: 15
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,63

2. Antonio Adan
Klubu:
“Sportinq”
Oyun: 20
Buraxılan qol: 10
Qol buraxmadığı oyun sayı: 12
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,60

3. Keylor Navas
Klubu:
PSJ
Oyun: 18
Buraxılan qol: 10
Qol buraxmadığı oyun sayı: 10
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,56

4. Mayk Mayqnan
Klubu:
“Lill”
Oyun: 26
Buraxılan qol: 16
Qol buraxmadığı oyun sayı: 14
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,54

5. Emiliano Martines
Klubu:
“Aston Villa”
Oyun: 23
Buraxılan qol: 26
Qol buraxmadığı oyun sayı: 12
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,52

6. Peter Qulaşi
Klubu:
“Leypsiq”
Oyun: 22
Buraxılan qol: 18
Qol buraxmadığı oyun sayı: 11
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,50

7. Bono
Klubu:
“Sevilya”
Oyun: 20
Buraxılan qol: 13
Qol buraxmadığı oyun sayı: 10
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,50

8. Eduard Mendi
Klubu:
“Çelsi”
Oyun: 20
Buraxılan qol: 16
Qol buraxmadığı oyun sayı: 10
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,50

9. Sergey Pesyakov
Klubu:
“Rostov”
Oyun: 14
Buraxılan qol: 16
Qol buraxmadığı oyun sayı: 7
Qol buraxmadığı oyun sayı orta hesabla: 0,50

10. Ersin Destanoğlu
Klubu:
“Beşiktaş”
Oyun: 21
Buraxılan qol: 17
Qol buraxmadığı oyun sayı: 10
Qol buraxmadığı oyun sayı orta hesabla: 0.48