21:46 01-03-2021
news_image
147
FUTBOL

Ən zəngin qadınlar siyahısında - Şarapova

Rusiyanın ən zəngin 10 qadınının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, sabiq tennisçi Mariya Şarapova da “onluğ”a daxil olub.

“Forbes”in tərtib etdiyi siyahıda 33 yaşlı idman veteranı 10-cu pillədə qərarlaşıb. Onun varidatı 200 milyon dollar təşkil edib. Mariya cədvəldə yeganə idmançıdır.

Qeyd edək ki, siyahıya iş adamı, “Wildberries”in yaradıcısı və baş direktoru Tatyana Bakalçuk başçılıq edir. Onun varidatı 10,1 milyard dollarla ölçülür.