09:29 02-03-2021
news_image
162
FUTBOL

İbrahimoviçlə Mixayloviçin dueti: “Mən avarayam” - VİDEO

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç yeni ampluada pərəstişkarları önünə çıxacaq.

Apasport.az saytının məlumatına görə, isveçli hücumçu “Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviçlə birlikdə San-Remo musiqi festivalına qatılacaq.

Onlar martın 4-də festivalda “İo vagabondo” (“Mən avarayam”) mahnısını ifa edəcək. “İ Nomadi” qrupuna malik bu mahnı 1972-ci ildə yazılıb.

Qeyd edək ki, zədələndiyi aşkarlanan İbrahimoviç 10 gün meydanlardan kənar qalacaq.