09:46 02-03-2021
news_image
1754
FUTBOL

“Quarani” və “Parana”da futbolçu tapdı – “Qarabağ”

Son illərin ən kasad heyəti ilə mübarizə aparan “Qarabağ” mövsümün sonunda bu problemi yoluna qoyacaq.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun baş məşqçi Qurban Qurbanovun təlimatına uyğun axtarışlarını davam etdirir.

Yayda bir neçə əcnəbi transferi ilə heyətdə rəqabəti artırmağı planlaşdıran ölkə çempionu, xüsusən də, Braziliya bazarına üz tutub. Əldə etdiyimiz məlumata əsasən, təcrübəli çalışdırıcıya həmin ölkədən artıq 3 futbolçu ilə bağlı müsbət raport verilib.

Oyunçuların adlarını dəqiqləşdirə bilməsək də, onların B seriyasında çıxış edən “Quarani”, C seriyası təmsilçisi “Parana” və D seriyasında olan “Treze”nin formasını geyindiyini öyrənmişik. Həmin oyunçulardan ikisi yarımmüdafiəçi, biri isə hücumçudur.