10:09 02-03-2021
news_image
188
FUTBOL

Levandovski və Messini geridə qoydu - əlcəzairli bombardir

2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ilk iki ayında ən çox qol vuranları müəyyənləşdirib.

Cədvələ 9 və daha çox qol vuran 34 futbolçu daxil edilib. Planetin ən yaxşı bombardiri Bağdad Bunedjadır. Qətərin “Əl-Sədd” klubunda çıxış edən əlcəzairli forvard artıq 15 dəfə fərqlənib.

İkinci sırada Robert Levandovskidir. Almaniya “Bavariya”sının polşalı ulduzunun hesabında 14 qol var.

İlk “üçlüy”ü Lionel Messi qapayır. İspaniya “Barselona”sının argentinalısı da eyni sayda qol vursa da, əlavə göstəricilərdə geri qalır.

Daha bir futbolçunun aktivində 14 qol var. Niderland “Venlo”sunun yunanıstanlı oyunçusu Georgios Giakumaki 4-cü sırada yer alıb.

Azərbaycan təmsilçisinin olmadığı siyahıda qardaş Türkiyənin Super Liqasında çıxış edən futbolçu düşüb. Bu, “Hatayspor”un qabonlu legioneri Aron Bupendzadır. 11 qol vuran afrikalı 8-ci sıradadır.