12:17 02-03-2021
news_image
723
FUTBOL

Türkiyə ilə yoxlama oyunu keçirəcək – Azərbaycan yığması

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Apasport.az AFFA-nın saytına istinadən məlumat verir ki, yığmamız Türkiyə millisi ilə görüşəcək.

Yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılıb. Əldə olunmuş razılığa əsasən, komandalar bu il mayın 27-də qarşılaşacaq. 

Qarşılaşma Alanyadakı Oba stadionunda keçiriləcək. Oyunun başlama saatı hələ dəqiqləşməyib.