13:15 02-03-2021
news_image
753
FUTBOL

366 gündən sonra – Antalya əvəzinə Alanya

Azərbaycan millisinin bu il keçirəcəyi daha bir yoxlama oyununun tarixi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsi ilə paralel Qətərlə iki sınaq matçına çıxacaq yığmamız mayın 27-də Türkiyə ilə görüşəcək.

Qardaş ölkə təmsilçilərinin dueli hələ ötən il baş tutmalı idi. Mayın 26-na planlaşdırılan həmin qarşılaşma koronavirus pandemiyası üzündən ləğv edilmişdi.

Antalyada keçirilməli olan həmin matç barədə yenidən razılıq əldə olunub. 366 gün sonraya təsadüf edəcək görüş Alanyada baş tutacaq.

Bu, iki yığma arasında 8-ci sınaq olacaq. İndiyədək keçirilən 7 oyunda 1 qələbə və 1 heç-heçəsi olan millimiz 5 dəfə uduzub. 2 qol vuran futbolçularımız 9 top buraxıb.

Əvvəlki görüşlərdən ikisi dünya, ikisi Avropa çempionatının seçmə mərhələsinə təsadüf edib. Üç qarşılaşma isə yoxlama xarakteri daşıyıb.

Yoldaşlıq oyunu
9 aprel 1996. Bakı. YO. Azərbaycan – Türkiyə - 0:1
DÇ-2002-nin seçmə oyunları
11 oktyabr 2000. Bakı. DÇ. Azərbaycan – Türkiyə - 0:1
2 iyun 2001. İstanbul. DÇ. Türkiyə – Azərbaycan – 3:0
Yoldaşlıq oyunları
12 aprel 2006. Bakı. YO. Azərbaycan – Türkiyə - 1:1
2 iyun 2009. Kayseri. YO. Türkiyə - Azərbaycan – 2:0
AVRO-2012-nin seçmə oyunları
12 oktyabr 2010. Bakı. AÇ. Azərbaycan – Türkiyə - 1:0
11 oktyabr 2011. İstanbul. AÇ. Türkiyə - Azərbaycan – 1:0