16:09 02-03-2021
news_image
189
FUTBOL

Uşaq kremi vurub meydana çıxır - SƏBƏB

“Vulverhempton”un futbolçusu Adama Traore maraqlı üsula əl atır.

Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının yarımmüdafiəçisi hər matçdan əvvəl qollarına uşaq kremi sürtür.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Espirito Santo 25 yaşlı oyunçunun bu addıma əl atmasının səbəbini açıqlayıb: “Bu, tibbi heyətimizdən gələn təklif idi və çox işimizə yarayır. Adama fiziki cəhətdən çox güclü və sürətli oyunçudur. Rəqibləri onu dayandırmaq üçün qollarından tutub dartırlar. Traore də buna mane olmaq üçün uşaq kremindən istifadə edir və bunun sayəsində müdafiəçilərdən sıyrıla bilir”.

Portuqaliyalı mütəxəssis bildirib ki, Traore bu vasitədən istifadə etdikdən bəri çiyini çıxmır: “Bir neçə dəfə belə problem yaşayıb. Ancaq indi zədədən qaça bilir”.