16:19 02-03-2021
news_image
135
FUTBOL

Azadlığa buraxıldı - “Barselona”nın sabiq prezidenti

İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Bartomeu azadlığa buraxılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İspaniya məhkəməsi verib.

Martın 1-də klubun ofisindəki əməliyyat zamanı saxlanılan Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli qismində çıxıb. Onlar 2020-ci ilin mayında açılan biznesdə korrupsiya işi ilə bağlı dindirilsə də, hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb. Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib.