18:41 02-03-2021
news_image
187
FUTBOL

“Neftçi”nin oyunlarının yerini dəyişdi - PFL

Azərbaycan Premyer Liqasında “Neftçi” ilə “Keşlə” arasında keçiriləcək son iki dövrənin matçlarının yeri dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, III dövrənin XIX turunda “Neftçi” – “Keşlə”, IV dövrənin XXV turunda isə “Keşlə” – “Neftçi” görüşləri olacaq.

Buna səbəb “Bakcell Arena”da aparılacaq təmir və yenidənqurma işləridir.