20:18 03-03-2021
news_image
953
FUTBOL

“Zirə”dən heç-heçə - “Neftçi” zirvəni qaytardı

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, bu gün son iki oyun keçirilib.

Günün ilk matçı Sumqayıtda baş tutub. Eyniadlı komanda mövsümün sürprizi “Zirə”ni qəbul edib. Turnir cədvəlindəki qonşuların duelində qolsuz heç-heçə qeydə alınıb.

Çempionluq uğrunda mübarizə aparan “Neftçi” yarışın autsayderi “Sabah”ı sınağa çəkib. Ölkənin ən titullu klubu 2:1 hesablı qələbə ilə bir günlük fasilədən sonra yenidən zirvəyə qayıdıb.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” – “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib, “Səbail” isə “Keşlə” ilə bərabərə qalıb - 1:1.

Premyer Liqa
XVIII tur
3 mart (çərşənbə)

16:00. “Sumqayıt” – “Zirə” - 0:0
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Kapital Bank Arena”

18:15. “Neftçi” – “Sabah” - 2:1
Qollar: 
Namiq Ələsgərov, 44. Mirabdulla Abbasov, 64 - Təmkin Xəlilzadə, 90+3 (pen.)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 9. Ahmed Ahmedov, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
“Sabah”: 12. Alvaro Villete, 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 48. Dmitor Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 34. Bəxtiyar Həsənalızadə, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez
“Bakcell Arena” 

1

Neftçi

18

11

3

4

23-18

36

2

Qarabağ

18

10

6

2

42-13

36

3

Zirə

18

7

8

3

23-18

29

4

Sumqayıt

18

6

6

6

20-21

24

5

Qəbələ

18

5

6

7

16-26

21

6

Səbail

18

4

5

9

18-28

17

7

Keşlə

18

3

7

8

17-27

16

8

Sabah

18

4

3

11

18-26

15

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 12 qol, Namiq Ələsgərov ("Neftçi") - 11 qol, Filip Ozobiç ("Qarabağ") - 9 qol