09:19 03-03-2021
news_image

Qaldığı yerdən davam - Fransada

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sahibləri Fransanın paytaxtı Parisdə müəyyənləşəcək.

Yarış iyunun 4-8-də keçiriləcək. Amerika Olimpiya Təsnifat Turniri isə mayın 10-16-da Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində hələlik Tayfur Əliyev (57 kq) Olimpiadada iştirak hüququ qazanıb.