10:26 03-03-2021
news_image
116
FUTBOL

Kapitansız qaldı – “Qəbələ”

Azərbaycan Premyer Liqasında XVIII turun ilk oyun günü üç futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, buna səbəb həmin oyunçuların sarı vərəqə limitini doldurmasıdır.

“Qəbələ”nin itkisi daha ciddi hesab olunub. Komandanın əsas qapıçısı və kapitanı Anar Nəzirov mövsümdə 4-cü xəbərdarlığı alıb. “Qarabağ”la görüşdəki (0:3) vərəqə qolkiperin “Səbail”lə matça yolunu bağlayıb.

Həmin matça paytaxt klubu da itki ilə çıxacaq. Buna Peyman Keşavarzın cəzalı duruma düşməsidir. Legioner “Keşlə” ilə qarşılaşmada (1:1) növbəti “sarı”sını alıb.

Paytaxt derbisində cəzalanan Şəhriyar Əliyev də komandasına kömək edə bilməyəcək. O, “Keşlə”nin “Neftçi” ilə matçını buraxacaq.