10:50 03-03-2021
news_image
99
FUTBOL

Balotelli sabiq sevgilisi ilə barışır - FOTOSESSİYA

Qalmaqalları ilə məşhurlaşan italiyalı futbolçu Mario Balotellinin şəxsi həyatında növbəti dəyişiklik gözlənilir.

Apasport.az saytının məlumatına görə, təcrübəli forvard sabiq sevgilisi Rafaella Fiko ilə barışmağa yaxındır.

Onların yenidən bir araya gələcəyini Fiko da istisna etmir. Rafaella bildirib ki, bir müddət öncə ayrıldığı sevgilisinin yanına qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Balotelli və Fikonun bir qızı var.