00:04 04-03-2021
news_image
334
FUTBOL

Neymar yeni eşqə düşdü, lakin... - FOTOSESSİYA

PSJ-nin hücumçusu Neymar yaşıl meydanlarda olduğu kimi, ondan kənarda da daim gündəmdə olur.

Apasport.az saytının məlumatına görə, Natalya Baruliçlə ayrılan braziliyalı hücumçu yeni eşqə “yelkən açıb”.

29 yaşlı superulduz italiyalı model Çiara Nasti ilə sevgili olmaq arzusuna düşüb. İtalyan modelin son vaxtlar sosial şəbəkələrdəki bütün paylaşımlarına rəy bildirən “sambaçı” onunla yaxınlıq etməyə çalışsa da, Nasti hələ ki, futbolçuya üz vermir.

Neapolda anadan olan Çiara Nastinin sosial şəbəkədə izləyici sayı 1,7 milyondur. “Armani” və “Trussardi” kimi məşhur markalarla çalışmış 23 yaşlı model əvvəllər televiziya proqramlarında da iştirak edib.

Qeyd edək ki, Çiara Nasti 2017-ci ildə nişanlandığı Uqo Abbamonte adlı şəxslə ötən il ayrılıb.