12:13 03-03-2021
news_image
632
FUTBOL

2021-ci ildə uduzmayan klublara yoldaş - “Zirə”

Avropanın yüksək reytinqli çempionatlarında 2021-ci ildə məğlubiyyət üzü görməyən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Top-5” və onları izləyən digər reytinqli liqalarda ümumilikdə 7 klub üçün ili uğurlu saymaq olar.

Çünki həmin komandalar bu il hələ uduzmayıblar.

Maraq üçün qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2021-ci ildə cəmi 4 tur keçirilib. 5-ci turunun başa çatmaq üzrə olduğu çempionatımızda hələlik yalnız “Zirə” məğlub olmayıb.

“Mançester Siti”
İl ərzində meydana çıxdığı bütün oyunlarda qələbə qazanan yeganə komanda “şəhərlilər”dir. İştirak etdiyi 12 görüşün hamısında rəqibini üstələyən Pep Qvardiolanın kollektivi hazırda İngiltərə Premyer Liqasında ən yaxın izləyicisini 15 xal qabaqlayır.

“Barselona”
Bu il La Liqadakı 10 qarşılaşmanın 9-da qələbə qazanan və 1-də heç-heçə edən kataloniyalılar bunun nəticəsidir ki, hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

“Monako”
Knyazlıq klubunun da göstəricisi “Barselona” ilə eynidir. “Monako” bu seriya sayəsində Liqa1-də 4-cü yerə qədər yüksəlib.

“Sportinq”
Lissabon təmsilçisi də 10 matçda iştirak edib. Ancaq bunun 2-də heç-heçə edərək xal itirib. Qələbələr “Sportinq”i Portuqaliya çempionatının zirvəsində saxlayıb.

“Ayaks”
Bir oyunu təxirə salınan və 9 qarşılaşmanın 7-də qələbə qazanan amsterdamlılar Erediviziyada turnir cədvəlinə başçılıq edir.

“Porto”
Portuqaliyanın digər iddialı komandası “Porto” da 2021-ci ildə uduzmur. Amma Porto klubu 10 görüşün yalnız 5-də qələbə sevinci yaşaya bilib.

“Antalyaspor”
Türkiyə Super Liqasının son 11 oyununda uduzmayan və xal ehtiyatını 34-ə yüksəldən “Antalyaspor” 3 dəfə qələbə qazanıbsa, 8 görüşdə rəqibləri ilə bərabərə qalıb.