16:24 13-08-2008
news_image
396
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçıları İspaniyanın Manresa şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar. “APA-Sport” agentliyinin məlumatına görə, Rəşad Babayev yerli idmançı Xordi Aloy Kastellsi, Loğman Quliyev isə fransalı Lüdovik Gili məğlub edib. Təmsilçilərimiz bu gün ikinci tur çərçivəsində ispaniyalılarla qarşılaşacaqlar. R.Babayev Adria Del Valle Çireranı, L.Quliyev isə Pere Torres Qonsalesi sınağa çəkəcək.
Qeyd edək ki, 10 ölkədən 90 şahmatçının qatıldığı yarış avqustun 20-də yekunlaşacaq.