14:37 03-03-2021
news_image
105
FUTBOL

Ronaldodan təklif – müqaviləni uzadaq

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo şərəfini qoruduğu İtaliya “Yuventus”unun rəhbərliyinə müraciət edib.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu müqaviləsinin uzadılması təklifini irəli sürüb.

O, 2022-ci ilin yayında başa çatacaq anlaşmanı daha bir il müddətinə uzatmağı təklif edib. “Yuventus”da qalmaq istəyən forvard gələcək karyerasına aydınlıq gətirməkdə maraqlıdır ki, DÇ-2022-yə daha yaxşı konsentrasiya olsun. Klub rəhbərliyi futbolçunun təklifinə hələ cavab verməyib.

Qeyd edək ki, Ronaldo 2018-ci ildən “Yuvantus”un formasını geyinir.