16:14 03-03-2021
news_image
127
FUTBOL

Şahzədə alır – “İnter”i

İtaliyanın “İnter” klubunun sahibi dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət investisiya fondu Milan təmsilçisinin səhmlərini almaqda maraqlıdır.

Asiyalılar ABŞ-ın “Fortress İnvestment Group” investisiya şirkətinin “İnter”i almaqla bağlı ilkin təklifindən sonra klubla maraqlanmağa başlayıb. Səudiyyə Ərəbistanının şahzadəsi Muhammed Ben Salman Al-Saud Milan təmsilçisinin səhmlərinin paketini fond vasitəsilə almağı planlaşdırır.

Qeyd edək ki, şahzadə 2020-ci ildə “Nyukasl” klubunu almaq istəsə də, İngiltərə Futbol Assosiasiyası bu alqı-satqıya icazə verməyib.