16:29 03-03-2021
news_image
306
FUTBOL

“Məni qonaq etmək sizin üçün fəxrdir” – özündən razı Zlatan

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İtaliyada San Remo Musiqi Festivalına qatılıb.

Apasport.az saytının məlumatına görə, isveçli superulduz tədbirdə açıqlaması ilə yenidən gündəmə gəlib.

Özündən razı hərəkətləri ilə seçilən 39 yaşlı forvard yenə ənənəsinə sadiq qalıb: “Burada olmaq qürurludur. Eyni zamanda məni qonaq etmək sizin üçün böyük fəxrdir”.

Zlatan əfsanəvi basketbolçu Lebron Ceymslə bağlı mübahisəsinə də münasibət bildirib: “İrq və siyasət fərqli şeylərdir. İdmançılar dünyanı birləşdirir, siyasət bölür. Bizim vəzifəmiz ən yaxşı bacardığımız işi görmək, dünyanı birləşdirməkdir. İdmançı idmanla, siyasətçi siyasətlə məşğul olmalıdır”.