19:05 03-03-2021
news_image
183
FUTBOL

"Bakcell Arenada işıqlar söndü, oyun yarımçıq dayandırıldı - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının XVIII turunun “Neftçi” – “Sabah” oyunu 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Apasport.az saytının məlumatına görə, stadiondakı işıqların sönməsi səbəbindən dayandırılan matç problem həllini tapdıqdan sonra davam etdirilib.

Bu üzdən də ilk yarıya 10 dəqiqə əlavə olunub.

Qeyd edək ki, 27-ci dəqiqədə işıq sönərkən hesab 0:0 olub.

***

Saat 18:47

Azərbaycan Premyer Liqasının XVIII turunda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Sabah” oyunu yarımçıq dayandırılıb.

Buna stadiondakı işıqların sönməsi səbəb olub. “Bakcell Arena”dakı görüş hesab 0:0 olarkən 27-ci dəqiqədə saxlanılıb.