21:00 03-03-2021
news_image
117
FUTBOL

“İşimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım” - Visente Qomes

"Qısa demək istəyirəm ki, birinci hissə rəqib daha yaxşı oynadı. Təhlükəli qol şanslarımız çox olmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Visente Qomes deyib.

O, Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" ilə səfər görüşü barədə fikirlərini açıqlayıb. Qomes 1:2 hesablı məğlubiyyəti rəqibin üstün olması ilə əlaqələndirib: “Müəyyən xırda qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı. İstədiyimiz nəticələri qazana bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Amma məğlubiyyətə görə vəziyyət daha da çətinləşir".

İspaniyalı klub rəhbərliyi ilə danışdığını gizlətməyib: "Mən işimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə özəl olaraq qalır. Komandada müəyyən oyunçular var ki, yoxluğu mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kollektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda meydana çıxacaq".