10:53 04-03-2021
news_image
416
FUTBOL

Qiymət oxudu – “Yuventus”a

İtaliyanın “Yuventus” klubunun Manuel Lokatellini transfer etməsi reallaşmaya bilər.

Apasport.az saytının məlumatına görə,  buna səbəb “Sassuolo”nun yarımmüdafiəçi üçün qiymət oxumasıdır.

Lokatellinin klubu onun üçün 40 milyon avro tələb edir. Koronavirus pandemiyası dövründə bu rəqəm kifayət qədər yüksək olduğundan Turin təmsilçisi oyunçunun qiymətini aşağı salmağa ümidlidir.

Manueli Avropanın digər aparıcı klubları da heyətində görmək istəyir. Bunlar İspaniya təmsilçiləri “Real”, “Atletiko” və İngiltərə “Çelsi”sidir.