11:36 04-03-2021
news_image
1374
STOLÜSTÜ OYUNLAR

Koronavirus dövründə ağ-qara lövhədə, ağ-qara hərəkətlər - ARAŞDIRMA

Koronavirus pandemiyasının dünya idmanına təsir etməyə başladığı dövrdən təxminən 1 il ötür.

Apasport.az saytının məlumatına görə, masa arxasından kompüter önünə keçən şahmatçılar bu müddətdə də yarışlarda iştirakını davam etdirib.

Ağ-qara lövhədə mübarizə aparan qrossmeysterlər onlayn turnirlərdə qüvvələrini sınamaqda davam edir. Bu turnirlər FİDE reytinqinə təsir etməsə də, son bir ildə cədvəldə dəyişikliklər diqqətdən yayınmır.

Elə Azərbaycan şahmatçıları da FİDE reytinqində ağ-qara zolaqlarla irəli-geri hərəkətlərini dayandırmayıb. “Top-100”də yer alan 5 kişi şahmatçımızın koronavirus dövründəki nəticələri maraq doğurur.

Milliləşdirilən, sonradan yığmamızı tərk edən Arkadi Naydiçi nəzərə almasaq, şahmatımız reytinq siyahısının 100 ən yaxşısı arasında “Böyük beşlik”lə təmsil olunub. Onlar siyahının müxtəlif hissələrində var-gəl edib.

Koronavirusdan öncəki – 2020-ci il mart reytinqindən bu ay açıqlanan siyahıya qədər olan dövrə, yəni son 13 cədvələ baxsaq, təmsilçilərimiz “100-lük”də üç hissəyə ayrılıb. Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov “Top-11”də yuxarı-aşağı hərəkət edib. Ümumilikdə sonuncu 1 pillə geriləyibsə, Şəhriyar iki addımlıq irəliləyişlə ölkənin 1 nömrəsi statusunu özəlləşdirib.

Qədir Hüseynov Nicat Abbasovla 8-ci “onluğ”da var-gəl etməkdədir. 70-75-ci sıralarda qalxıb-enən şahmatçılarımızın ikisi də bir il əvvəlki ilə müqayisədə geriləyib. Qədir 1, Nicat isə iki addım geri düşüb.

Rauf Məmmədov “100-lüy”ün sonlarında yer alan şahmatçılar sırasındadır. Onu qrossmeysterlərimiz arasında mövqeyini ən çox dəyişən də saymaq olar. Amma ümumilikdə arxada qalan bir ildə Rauf əvvəlki yerində qalıb.

 

Ş.M.

T.R.

Q.H.

N.A.

R.M.

mart

10

9

71

73

90

aprel

11

9

72

74

91

may

11

9

72

74

90

iyun

11

9

72

74

90

iyul

11

9

72

74

89

avqust

11

9

72

74

91

sentyabr

11

9

71

73

92

oktyabr

7

10

73

75

93

noyabr

8

10

75

72

95

dekabr

8

10

74

71

92

yanvar

8

10

74

70

92

fevral

8

10

72

75

90

mart

8

10

72

75

90

Ş.M. – Şəhriyar Məmmədyarov, T.R. – Teymur Rəcəbov, Q.H. – Qədir Hüseynov, N.A. – Nicat Abbasov, R.M. – Rauf Məmmədov