15:38 04-03-2021
news_image
113
FUTBOL

Marixuana yetişdirdiyi üçün həbs olundu – millinin sabiq futbolçusu

“Yuventus”, “İnter” və “Roma”nın keçmiş futbolçusu Luici Sartor həbs olunub.

Apasport.az saytının məlumatına görə, buna səbəb 46 yaşlı sabiq müdafiəçinin marixuana yetişdirməsidir.

İtaliya yığmasının da formasını geyinmiş Sartor Parma yaxınlığında tərk edilmiş bir kortecdə şəriki ilə birlikdə 106 marixuana kolu yetişdirib. Keçmiş futbolçu 14 ay 20 gün müddətinə həbs cəzasına məruz qalıb. Ancaq cəzasını ev dustağı kimi çəkəcək.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Luici Sartor UEFA Kubokunun üçqat qalibidir. O, həmçinin 3 dəfə İtaliya kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb.