22:02 04-03-2021
news_image
339
FUTBOL

Həmişə formada: Premyer Liqanın ən gözəl futbolçu xanımı - FOTOSESSİYA

Kolumbiya millisinin və İngiltərə “Everton”unun futbolçusu Hames Rodrigesin sevgilisi Şennon de Lima yenidən gündəmi zəbt edib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı venesuelalı gözəlçə yeni paylaşımı ilə kişi pərəstişkarlarının adrenalinini qaldırıb.

Gözəl fiqurunu açıq-saçıq şəkillə nümayiş etdirən Şennon qısa müddətdə yüz minlərlə izləyicisi tərəfindən bəyənilib. Ötən yay Premyer Liqada ən gözəl futbolçu xanımı seçilən venesuelalı daim formada olduğunu bir daha təsdiqləyib.

Qeyd edək ki, üç ildir münasibətdə olan cütlüyün Samuel adlı oğlu ötən il dünyaya gəlib.