16:50 04-03-2021
news_image
107
FUTBOL

Kapitan “Atalanta” ilə oyuna yetişə bilər – “Real”da

Zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Real”ın bir oyunçusu sıraya dönür.

Apasport.az saytının məlumatına görə, kapitan Serxio Ramos zədəsini sağaltmaq üzrədir.

Keçirdiyi əməliyyatdan sonra ilk dəfə fərdi məşqlərə başlayan mərkəz müdafiəçisi tezliklə kollektivə qoşulacaq. İki aydır futboldan uzaq düşən 35 yaşlı oyunçunun Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta” ilə cavab qarşılaşmasına yetişməsi istisna edilmir.

Qeyd edək ki, “Real”la “Atalanta” arasında cavab matçı martın 16-da keçiriləcək. İlk görüşdə madridlilər səfər qələbəsi (1:0) qazanıb.