20:39 04-03-2021
news_image
258
FUTBOL

Millimiz liderliyini möhkəmlətdi – ardıcıl 3-cü qələbə ilə

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, yığmamız yer aldığı 3-cü qrupun III turunda Moldova ilə qarşılaşıb.

İlk iki matçda qələbə qazanan Joze Alesionun kollektivi əsas rəqibini Bakı İdman Sarayında qəbul edib. Moldovalılar komandamız qarşısında cəmi 6 dəqiqə tab gətirə bilib. Yığmamız ilk hissədəcə 3 cavabsız qolla görüşün taleyini həll edib. Üstünlüyünü fasilədən sonra da davam etdirən Alesionun yetirmələri aktivinə növbəti 3 xalı yazdırıb.

Turun digər görüşündə bu gün Yunanıstan Slovakiyanın qonağı olacaq.

Bu qələbə sayəsində maksimum göstərici ilə liderliyini möhkəmləndirən Azərbaycan millisi növbəti tur çərçivəsində martın 9-da Kişinyovda məhz Moldovanın qonağı olacaq.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, III tur
4 mart
Azərbaycan – Moldova – 5:1

Qollar: Fineo de Arauxo, 6.37; Rizvan Fərzəliyev, 13.44; Hadi Ahmadi, 14.51; Bolinya, 26.49, 39.59 – Sergey Takot, 25.15
Hakimlər: Culio Kolombin (İtaliya), Daniele Dadamo (San Marino)
Bakı İdman Sarayı

1

Azərbaycan

3

3

0

0

12-2

9

2

Moldova

3

1

1

1

8-10

4

3

Slovakiya

2

0

1

1

5-8

1

4

Yunanıstan

2

0

0

2

1-6

0