22:49 04-03-2021
news_image
137
FUTBOL

Durumu açıqlandı - Pikenin

“Barselona”nın müdafiəçisi Jerar Pikenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İspaniya Kral Kubokunun yarımfinal mərhələsində “Sevilya” ilə cavab matçında zədələnən ulduz futbolçunun vəziyyəti gözlənilən kimi ürəkaçan deyil.

Görüşdə ikinci qolun müəllifi olan və zədəli halda sona qədər mübarizə aparan 34 yaşlı oyunçunun sağ diz bağlarında dartılma olduğu açıqlanıb. Pikenin nə zaman yaşıl meydanlara dönəcəyi bildirilməsə də, onun Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə cavab oyununu buraxması gözlənilir.

Qeyd edək ki, “Sevilya” üzərində 3:0 hesablı qələbə qazanan “Barselona” ölkə kubokunda finala yüksəlib.