00:38 05-03-2021
news_image
121
FUTBOL

“İngiltərədə bu aylardan zəhləm gedir” – Qvardiola

“Mançester Siti”də keçirdiyim beş ili nəzərdən keçirəndə özümü çox yaxşı hiss edirəm. İndi çox rahatam. Kubok qazanmasaq belə, ötən mövsüm də belə idim”.

Apasport.az saytının məlumatına görə, bunu “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis uzun müddətdir İngiltərədə yaşasa da, soyuq keçən aylara hələ də uyğunlaşmadığını etiraf edib: “İngiltərədə noyabr, dekabr, yanvar, fevral aylarından zəhləm gedir. Çünki daha yaxşı hava görmək istəyirəm. Ancaq işimi görmək üçün inanılmaz şəraitim var. Buna görə də yeni müqavilə bağladım”.

Qeyd edək ki, Pep Qvardiolanın “Mançester Siti” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.