09:33 05-03-2021
news_image
2897
FUTBOL

“Qarabağ” “Tambov”un yarımmüdafiəçisi ilə anlaşdı - EKSKLÜZİV

“Qarabağ”ın mövsümün sonunda heyətinə qatacağı ilk futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “Tambov” klubunun yarımmüdafiəçisi Azər Əliyev karyerasını Ağdam klubunda davam etdirəcək.

Ötən ay “Ufa”dan “Tambov”a keçən və Premyer Liqa təmsilçisi ilə 4 aylıq müqavilə bağlayan Əliyevlə “Qarabağ” rəhbərliyi arasında artıq ilkin razılıq əldə olunub. Mahir Emrelinin yayda ayrılma ehtimalını nəzərə alan baş məşqçi Qurban Qurbanov sağ cinahda yaranacaq boşluğu məhz 27 yaşlı Əliyevlə doldurmaq niyyətindədir.

Bu transfer eyni zamanda soydaşımızın Azərbaycan millisinə də yolunu açacaq.

Qeyd edək ki, Azər Əliyev “Yenisey” klubunun yetirməsidir.