10:32 05-03-2021
news_image
993
DİGƏR NÖVLƏR

“Azad Rəhimov yaxın günlərdə Bakıya dönəcək” - İsmayıl İsmayılov

“Nazirlə dünən danışmışam”.

Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Qurum rəsmisi hazırda ABŞ-da müalicə olunan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışıb: “Səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.

Qeyd edək ki, 5 Mart "Bədən Tərbiyəsi və İdman günü" ilə bağlı nazirliyin kollektivi və idman ictimaiyyətinin nümayəndələri Fəxri və Şəhidlər Xiyabanını ziyarət ediblər.