15:16 05-03-2021
news_image
137
FUTBOL

Əsrin ən uzun qələbə seriyaları – rekorda 3 addım qaldı

Avropa klublarının XXI əsrdə ən uzun qələbə seriyaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 20 seriya yer alıb.

Ötən ilin dekabrından bəri bütün turnirlərdə keçirdiyi 21 matçın hamısında qalib gələn “Mançester Siti” sıralamada üçüncü yerdədir. “Şəhərlilər”in əsrin rekordunu ələ keçirmək üçün daha 3 qələbəyə ehtiyacları var.

Ən uzun qələbə seriyaları:

1. “Bavariya” – 23 qələbə
2020-ci il fevral – sentyabr

2. “Real” – 22
2014-cü il sentyabr – dekabr

3. “Mançester Siti” – 21
2020 dekabr – davam edir

4. “Barselona” – 18
2005-ci il oktyabr – 2006-cı il yanvar

5. PSJ – 16
2015-ci il dekabr – 2016-cı il fevral

6. “Bordo” – 16
2009-cu il mart – avqust

7. “Real” – 15
2011-ci il sentyabr – dekabr

8. “Bavariya” – 14
2017-ci il dekabr – 2018-ci il fevral

9. “Lion” – 14
2006-cı il avqust – noyabr

10. “Yuventus” – 13
2015-ci il dekabr – 2016-cı il fevral

11. “Bavariya” – 13
2013-cü il dekabr – 2014-cü il mart

12. “Atletiko” – 13
2012-ci il avqust – oktyabr

13. “Bavariya” – 13
2009-cu il noyabr – 2010-cu il fevral

14. “İnter” – 13
2007-ci il noyabr – 2008-ci il yanvar

15. “Arsenal” – 13
2002-ci il mart – avqust

16. “Bavariya” – 12
2015-ci il avqust – oktyabr

17. PSJ – 12
2015-ci il aprel – avqust

18. “Arsenal” – 12
2007-ci il avqust – oktyabr

19. “Sevilya” – 12
2006-cı il aprel – sentyabr

20. “Arsenal” – 12
2000-ci il mart – may