14:33 05-03-2021
news_image
130
FUTBOL

528 milyon avroluq borc – Premyer Liqa klubunda

“Mançester Yunayted”in borcunun məbləği açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ikinci maliyyə kvartalında borcun 528 milyon avro olduğu bildirilib.

Bunu klubun icraçı direktoru Ed Vudvord da təsdiqləyib. O, geridə qalan ilin onlar üçün çətin keçdiyini söyləyib: “İngiltərədəki peyvəndlərin sürətli və uğurlu tətbiqi sayəsində yoluxma sayında azalmanın olması ürəkaçandır. İngiltərə hökumətinin azarkeşlərimizin “Old Trafford”dakı matçlarda tribunalardakı yerlərini tutmalarına icazə verməsini gözləyirik”.