15:35 05-03-2021
news_image
188
FUTBOL

Məşqdən qovuldu – “Napoli”nin müdafəçisi

İtaliyanın “Napoli” klubunun düşərgəsində qalmaqal yaşanıb.

Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə məşq zamanı baş verib.

A seriyası təmsilçisinin baş məşqçisi Cennaro Qattuzo müdafiəçi Mariu Ruyu məşqdən kənarlaşdırıb. Buna futbolçunun hazırlığa barmaqarası yanaşası səbəb olub. Hazırlığı yarımçıq tərk edən 29 yaşlı portuqaliyalı evinə yollanıb.

Qeyd edək ki, Ruy son üç matçda ehtiyatda qalıb.