22:12 05-03-2021
news_image
177
FUTBOL

Etimadı doğruldan debütantlar – Premyer Liqada

Azərbaycan Premyer Liqasında etimadı ən çox doğruldan debütantları bəlli olub.

Apasport.az saytının məlumatına görə, ölkə çempionatında ilk matçını cari mövsüm keçirən futbolçular arasında rekordçu Yurgen Qoxadır.

“Qəbələ”nin albaniyalı legioneri 17 görüşdə şans qazanıb. Düzdür, “Keşlə”nin üzvü Silvio Rodriges də debüt mövsümündə 17 dəfə meydana çıxıb.

Lakin Qoxa meydanda daha çox – 1484 dəqiqə keçirib. O, Silvionu 413 dəqiqə üstələyib.

Debütantlardan dördü isə yalnız iki matçı buraxıb. “Neftçi”də iki belə futbolçu var. Talisson Dias  və Sabir Buqrin 16 matçın iştirakçısı olub.

İki qapıçı da eyni sayda görüşdə şans qazanıb. Bunlar Nikolas Hagen (“Səbail”) və Mateus Albinodur (“Zirə”).

Azərbaycan oyunçuları arasında rekordçu da “Qəbələ”ni təmsil edir. Rüfət Əhmədov debüt mövsümündə 9 dəfə meydanda olub. Milliləşən legionerlərdən Əli Qurbani daha çox – 14 matçda şans qazansa da, iranlı futbolçu ölkəmizin yetirməsi deyil.