17:44 05-03-2021
news_image
145
FUTBOL

“Zirzəmi”də yaşayırdım – millinin futbolçusu

Almaniya millisinin və “Bavariya” klubunun futbolçusu Tomas Müllerin koronavirusla bağlı karantini necə keçirdiyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu təcrübəli oyunçunun özü açıqlayıb.

O bildirib ki, iki həftəlik karantin dövrünü öz evinin zirzəmisində məskunlaşıb. O, bu addımı həyat yoldaşını yoluxdurmamaq üçün edib: “Bəli, mən zirzəmidə yaşayırdım. Heç kimlə hər hansı bir təmasım yox idi. Bəxtim gətirdi ki, məndə bu xəstəliyin yüngül simptomları oldu”.