23:03 05-03-2021
news_image
154
FUTBOL

Cəlbedici təklif - qapıçıya

İngiltərənin “Çelsi” klubu İtaliya millisinin və “Milan”ın qapıçısı Canluici Donnarummanı heyətinə qatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi qolkiperə cəlbedici təklif də hazırlayıb.

Premyer Liqa klubu 22 yaşlı futbolçuya ildə 10,5 milyon avro ödəməyə hazırdır. Donnarumma təklif qəbul etsə, yayda yeni komandasına qoşulacaq.

Qeyd edək ki, yayda müqaviləsi başa çatacaq Donnarumma azad agent statusu qazanacaq.