10:53 06-03-2021
news_image
157
FUTBOL

“Onu qaraja qoyacağıq ki, maşınlara baxsın” – İbrahimoviç tənqid edildi

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, isveçli forvardın San Remo musiqi festivalında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Gey-partiyanın mətbuat xidmətinin rəhbəri Fabritsio Maratso 40 yaşlı superulduzu tənqid edib. Buna Zlatanın tədbir zamanı biseksual sayılan müğənni Axille Lauro haqda dediyi sözlərdir: “Onu qaraja qoyacağıq ki, maşınlara baxsın. Oğrular içəri girəndə ondan qorxaraq heç nə oğurlamasınlar”.

Maratso bunların təhqiredici sözlər olduğunu deyib, Zlatanı homofobiya və ayrı-seçkilikdə günahlandırıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç martın 2-dən 6-dək keçirilən San Remo festivalına hər gün qatılır.