21:26 06-03-2021
news_image
164
FUTBOL

“Onlar uçub getməyəcəklər” - oyunçularını millilərə buraxmır

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola milli komandaların DÇ-2022-nin seçmə mərhələ matçlarının keçirilməsinə qarşıdır.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis bunun klublara böyük zərbə vuracağını söyləyib.

O, yığma üçün ayrılacaq bəzi futbolçuların İngiltərəyə qayıtdıqdan sonra koronavirus pandemiyası səbəbindən 10 günlük karantinə alınacaqlarını xatırladaraq, oyunçularına ayrılmaq icazəsi verməyəcəyini əlavə edib: “Futbolçuların yığmalara getməsinin mənası yoxdur. Çünki qayıtdıqları zaman İngiltərədə 10 gün karantində qalacaqlar. Mövsüm boyu çox çalışdıq, amma millilərin matçlarından sonra vacib futbolçular 10 gün oynaya bilməyəcəklər. Bu mənasızdır. Onlar uçub getməyəcəklər, bu dəqiqdir. Əgər milli üçün uçmaq, döndükdən dərhal sonra klubda məşqə qayıtmaq imkanları varsa, gedəcəklər. Mövsümün vacib hissəsinə çox vaxt və pul yatırırıq. 7-8 oyunçu belə bir vaxtda oynaya bilməyəcəksə, getməyin mənası yoxdur”.

Qeyd edək ki, FİFA klublara bəzi oyunçuları milliyə buraxmamaq ixtiyarı verib.