12:00 06-03-2021
news_image
80
FUTBOL

Kolumbiya - Braziliya oyunu baş tutmaya bilər – nazir açıqladı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Kolumbiya – Braziliya oyunu baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb Braziliyada koronavirus infeksiyası yenidən sürətlə yayıldığı üçün iki ölkə arasında uçuşların dayandırılmasıdır.

Kolumbiyanın Səhiyyə və Sosial İşlər naziri Fernando Ruiz Braziliya yığmasının bu ölkəyə səfərinə qarşı olduğunu açıqlayıb: “Hazırda Braziliyadan hər hansı bir uçuş təşkil etmək çox çətindir. Şəxsən mən çarter uçuşuna da qarşıyam”.

Qeyd edək ki, V tur çərçivəsində Kolumbiya – Braziliya oyunu martın 26-na təyin olunub.