00:02 07-03-2021
news_image
217
FUTBOL

Ən böyük qorxusu oğludur - Ronaldonun

Yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov dostu olan “Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilə bağlı maraqlı fikir səsləndirib.

Apasport.az saytının məlumatına görə, rusiyalı idmançı portuqaliyalı forvardın ən böyük qorxusunu açıqlayıb.

O, Ronaldonun oğlu Kriştianu Juniorla bağlı narahatlığını dilə gətirib: “Onunla tez-tez zəngləşir, mesajlaşırıq. Son söhbətimizdə motivasiya qaynağı barədə müzakirə apardıq. Ronaldo oğlunun onun yerinə keçməsini istədiyini dedi. Amma oğlunun bunu bacara bilməyəcəyindən qorxur. Ronaldo uşaq vaxtı butsa sahib olmağı xəyal etdiyini, ancaq indi oğlunun hər şeyə sahib olduğunu bildirdi. Məhz buna görə övladının düzgün motivasiya olunmamasından qorxur”.

Qeyd edək ki, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinən Kriştianu Ronaldo ölkə çempionatlarında keçirdiyi 600 oyunda 469 qola imza atıb.