12:44 06-03-2021
news_image
176
FUTBOL

“Qəsdən uduzurlar” – şok ittiham

“Liverpul”un əfsanəvi futbolçusu Maykl Ouen komandanın uğursuz çıxışına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur hücumçusu bunu “qırmızılar”ın ön xətt oyunçuları Sadio Mane və Məhəmməd Salahla əlaqələndirib.

Ouenin fikrincə, onlar arasında olan paxıllıq komandanın qəsdən uduzdurulmasına gətirib çıxarır: “Qəsdən uduzurlar. Salah və Mane arasındakı rəqabət komandaya ziyan vurur. İkisi də bir-birinin qol vurmamasına çalışır. Cərimə meydanı daxilində Maneyə qarşı kobudluq olur, o isə yıxılmamaq üçün əlindən gələni edir. Çünki bilir ki, penalti qərarı verilsə, zərbəni Salah vuracaq”.

Qeyd edək ki, “Liverpul” Premyer Liqanın son 6 oyunundan 5-də məğlub olub.