14:43 07-03-2021
news_image
123
FUTBOL

Qvardiolanın bombardirləri – Jezuş Müllerə çatdı

Son illərin ən yaxşı baş məşqçiləri arasında ön sıralarda yer alan Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti” ardıcıl qələbələri sıralamaqdadır.

Apasport.az saytının məlumatına görə, “Barselona”, “Bavariya” və “Mançester Siti”də böyük nailiyyətlər qazanan ispaniyalı mütəxəssis bəzi futbolçuların populyarlaşmasında da mühüm rol oynayıb.

Onun rəhbərliyi altında ən böyük yüksəlişə, şübhəsiz ki, Lionel Messi nail olub. Argentinalı məhz Qvardiolanın rəhbərliyi altında 211 qola imza atıb.

Premyer Liqanın XXIX turunda “Vulverhempton”la qarşılaşmada (4:1) dubl edən “Mançester Siti”nin hücumçusu Qabriel Jezuş isə Qvardiolanın dönəmində vurduğu qol sayını 79-a çatdırıb. Bununla Jezuş ispaniyalı çalışdırıcının başçılığı altında ən çox fərqlənən futbolçular sıralamasında 4-cü pillədəki Tomas Müllerə (“Bavariya”) çatıb.

Qvardiolanın vaxtında ən çox qol vuran oyunçular aşağıdakılardır:
1. Lionel Messi – 211
2. Serxio Aquero – 171
3. Rahim Sterlinq – 102
4-5. Tomas Müller – 79
4-5. Qabriel Jezuş – 79
6. Robert Levandovski – 67
7. Pedro Rodriges - 58