15:51 06-03-2021
news_image
190
FUTBOL

Növbəti turda oyunların başlama saatlarını açıqladı - PFL

Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli məlum olub.

Apasport.az saytının məlumatına görə, PFL görüşlərin keçirilmə vaxtını və məkanını açıqlayıb.

İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XX tur
13 mart (şənbə)

17:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

19:15. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”

14 mart (bazar)

15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

17:15. “Neftçi” –“Səbail”
“Bakcell Arena”