16:00 06-03-2021
news_image
117
FUTBOL

Premyer Liqa rəhbərliyini ittiham etdi – baş məşqçi

“Vest Bromviç”in baş məşqçisi Sem Ellardays Premyer Liqa rəhbərliyini ittiham edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis onlara qarşı ayrı-seçkilik edildiyini düşünür.

Ellardays onları elitadan çıxarmağa çalışdıqlarını iddia edib: “Ötən həftənin dördüncü günü “Everton”la qarşılaşdıq, “Nyukasl”la matçı bazar gününə saldılar. Bazar ertəsi oynamaq tələbi ilə müraciət etsək də, qəbul eləmədilər. Bizi Premyer Liqadan çıxarmağa çalışırlar”.

Qeyd edək ki, “Vest Bromviç” hazırda 17 xalla Premyer Liqada 19-cu pillədə qərarlaşır.