17:45 06-03-2021
news_image
284
FUTBOL

Yeni baş məşqçisini açıqladı – Super Liqa klubu

Türkiyə klubu “Rizəspor”un yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Rizə təmsilçisini bundan sonra Bülənt Uyqun çalışdıracaq.

Marius Şumudiçanı istefaya göndərən Super Liqa klubu yeni baş məşqçisini təqdim edib. Bülənt Uyqun açıqlamasında əsas məqsədinin komandanı elitada saxlamaq olduğunu söyləyib.

Qeyd edək ki, “Rizəspor” hazırda 28 xalla Super Liqada 16-cı pillədə yer alır.